Azərbaycan sentyabrda Rusiya vasitəsilə neft nəql etməyəcək

Azərbaycan sentyabrda Bakı-Novorossiysk neft kəməri ilə neft nəql etməyəcək. Bu barədə cümə günü SOCAR-dakı üç mənbə məlumat verib bildirib.
Mənbələrin məlumatına görə, SOCAR sentyabrda Rusiya Federasiyası ərazisindən nəql etməyi planlaşdırdığı 120 min ton nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarına ötürəcək.
Azərbaycan Bakı-Novorossiysk vasitəsilə neftin nəqlini bu ilin mayında dayandırıb.
2021-ci ildə Azərbaycan Bakı-Novorossiysk vasitəsilə 1,1 milyon ton neft ixrac edib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 