Rusiya ticarət mərkəzləri Zara və Massimo Dutti sahibinə qarşı iddia qaldırıb
Rusiya ticarət mərkəzləri İspaniyanın "Inditex” pərakəndə satış şəbəkəsini (Zara, Bershka, Massimo Dutti brendlərinin sahibi) məhkəməyə verib. Bu barədə "İzvestiya” qəzeti SPARK servisinə istinadən məlumat yayıb.
Artıq "icarə müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi” kateqoriyasında ümumi cərimə məbləği təxminən 1 milyard rubl olan 32 iş açılıb. Şirkətlər məhkəmədən icarə borcunu və mağazaların işini dondurduqlarına görə cərimənin ödənilməsini istəyirlər.
Qəzetin yazdığına görə, 512 milyon rubldan çox məbləğdə ən bahalı məhkəmə iddialarından biri Samara MMC-dən "Zara CIS" şirkətinə qarşı "Viktor and Co. Mega Park" dan verilib.
Bundan əvvəl "İzvestiya” Moskva ticarət mərkəzlərinin "Inditex”lə icarə müqavilələrini ləğv etdiyini bildirib.
www.anews.az

2022-ci il martın əvvəlində Inditex şirkətlər qrupu "ölkədə əməliyyat və ticarət fəaliyyətinin davam etdirilməsinə zəmanət verə bilmədiyi üçün" Rusiyada mağazaların işini və onlayn satışı müvəqqəti dayandırıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər