G7 maliyyə nazirləri Rusiyadan gələn neftin qiyməti ilə bağlı razılığa gəliblər - Sky News:
G7 ölkələrinin maliyyə nazirliklərinin rəhbərləri Rusiya neftinin qiymətinin yuxarı həddi müəyyən edilməsi barədə razılığa gəlib. Bu barədə Britaniyanın Sky News telekanalı məlumat yayıb.
"Böyük yeddiliyin maliyyə nazirləri videokonfrans zamanı Rusiya neftinin qiymətinin yuxarı həddini müəyyən etmək barədə razılığa gəliblər”, – kanalın müxbiri yazıb.
TASS agentliyinin verdiyi xəbərə görə, nazirlər Rusiya qazının qiymətinin yuxarı həddini saxlamaq üçün beynəlxalq koalisiya yaratmaq barədə razılıq əldə ediblər.
Daha əvvəl "Financial Times” qəzeti yazıb ki, "Böyük yeddilik” ölkələri dekabrın 5-dən Rusiya neftinə maksimal qiymət həddinin tətbiqinə dəstək verməyi planlaşdırır, Rusiya neft məhsullarına məhdudiyyətlər isə 2023-cü il fevralın 5-dən tətbiq olunmağa başlaya bilər.
Bu barədə Wall Street Journal da məlumat yayıb. Nəşrin mənbələri qeyd edib ki, plan, digər məsələlərlə yanaşı, Rusiya Federasiyasında istehsal olunan neft məhsullarının qiymətlərinə yuxarı həddin tətbiqini nəzərdə tutur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasından neftin qiymətlərinə mümkün məhdudiyyətlərin tətbiqini "absurd qərar” adlandırıb.
Gülnar Baxşıyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər