İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirildi
İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirib.
Müxalifət 36 səs toplayan kimi prosesə başlayacaq. Bu, 48 saatdan 72 saata qədər çəkəcək
www.anews.az
"Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, mitinq zamanı müxalifət hərəkatının liderlərindən biri, deputat İşxan Saqatelyan bəyan edib ki, onlar parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədirlər, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.
Onlar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər. İki müxalifət partiyasının faktiki olaraq 35 imzası var. Paşinyanın getməsinə nail olmaq üçün 50% + 1 səs (54 səs) lazımdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər