• $
  • £

Azərbaycan səfirliklər festivalında təmsil olundu

Azərbaycan səfirliklər festivalında təmsil olundu
04.09.2022 19:00
Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı ("Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 50-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb.

Müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də təmsil olunub. Festivalda iştirakçı dövlətlər mədəniyyətlərini, mətbəxlərini, musiqilərini təqdim ediblər.


Azərbaycan pavilyonunda milli mətbəxin ən ləziz təamları - şahı olan plov, dolma, kabablar, şirniyyatlarımız və içkilərimiz təqdim edilib.

Niderlandda yaşayan Azərbaycan icmasının üzvləri festivala qatılaraq, ziyarətçilərə ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumat verib, broşürlər paylayıblar.

Ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Azərbaycan pavilyonunda həmkarlarının, eləcə də pavilyonumuzun ziyarətçilərinin ölkəmiz haqqında olan suallarını cavablandırıb.


Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen hər ölkənin pavilyonuna yaxınlaşıb səlahiyyətli nümayəndələrlə görüşüb, onlarla festival haqqında fikir mübadiləsi aparıb, ölkələrin milli mədəniyyəti və mətbəxi ilə tanış olub.

Festival hər il on minlərlə ziyarətçini qəbul edir. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını ifadə ediblər.


 


Milli rəqs qrupumuzun çıxışı festivala xüsusi rəng qatıb. Rəngarəng rəqslər təqdim edən qrupun təqdimatı alqışlarla qarşılanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb

İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Dünya 14:33
İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol