Azərbaycan Avropaya 7,3 mlrd kubmetr qaz ixrac edib

Azərbaycandan Avropaya qaz ixracı 2022-ci ilin yanvar-avqustunda 7,3 milyard kubmetr təşkil edib, bu barədə energetika naziri Pərviz Şahbazov tvitter hesabında yazıb.
"Bu il TAP və TANAP qaz kəmərləri ilə Türkiyə və Avropaya 11 milyard kubmetr qaz ixrac edilib. O cümlədən Avropaya - 7,3 milyard kubmetr, Türkiyəyə - 3,7 milyard kubmetr qaz ixrac olunub", - Şahbazov yazıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildəixrac 12 milyard kubmetr təşkil edəcək. Ümumilikdə, 2022-ci ildə Azərbaycan qazının ixracının həcmi 23-24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcəyi planlaşdırılıb.
Azərbaycan TAP vasitəsilə Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. İndiyədək kəmərlə 13,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da 11,7 milyard kubmetrini İtaliya alıb. Qazın qalan həcmi isə Yunanıstan və Bolqarıstana gedib.
Uzunluğu 1,85 min km olan TANAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək, bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb bölgələrinə ixrac üçün nəzərdə tutulub.
Bundan əlavə, Azərbaycan qazı Türkiyəyə (TANAP qaz kəmərləri və Cənubi Qafqaz Boru Kəməri, SKTM) və Gürcüstana (SKTM və Qazıməhəmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 