ArcelorMittal Almaniyada iki zavodunu bağlayır
Dünyanın ən böyük polad istehsalçılarından biri olan ArcelorMittal SA elektrik enerjisinin qiymətində kəskin artım səbəbindən Almaniyadakı iki zavodunu bağlamağı planlaşdırır. Bu barədə The Wall Street Journal yazır.
Məlumata görə, şirkət Bremendəki polad istehsalı və Hamburqdakı məftil istehsalı zavodunu bağlamağı düşünür.
Bundan əlavə, şirkət tələbatın az olması səbəbindən İspaniyada da polad istehsalı zavodunu bağladığını açıqlayıb.
Polad istehsalı kimya sənayesi, gübrə və şüşə istehsalı kimi sənayelərlə yanaşı, ən çox enerji tələb edən sahələrdən biridir. Atmosferə çirkləndirici emissiyaların buraxılmasının azaldılması və metalların qiymətlərinin aşağı salınması ilə bağlı dünya ölkələrinin sərgilədiyi səylər də Polad istehsalçılarına mənfi təsir edir.
"Yüksək qaz və elektrik qiymətləri rəqabət qabiliyyətimizə güclü təzyiq göstərir", Almaniyadakı ArcelorMittal şirkətinin rəhbəri Rainer Blaschek deyib.
Şirkət artıq Almaniyada qaz istehlakını azaltdığını, lakin buna baxmayaq yüksək xərclər səbəbindən iki şirkətinin fəaliyyətini davam etdirmək gücündə olmadığını bildirib.
Almaniya və İspaniyadakı iki polad zavodu keçən il təxminən 3,65 milyon ton metal istehsal edib. Ümumilikdə şirkət ildə təxminən 70 milyon ton polad istehsal edir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər