Türkiyə ordusu Suriyanın şimalında 6 terrorçunu məhv edib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 6 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib. Bu barədə sentyabrın 5-də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Sülh mənbəyi”, "Fərat qalxanı” və "Zeytun budağı” antiterror əməliyyatları zonasında terrorçular zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri bölgədə terrorun təzahürlərinə qarşı qətiyyətlə mübarizəni davam etdirir.
Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu yana minlərlə türk təhlükəsizlik qüvvələri, hərbçiləri və mülki vətəndaşları bu qanlı təşkilatın əli ilə həlak olub.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb. Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır.
Suriyada PKK terrorçuları PYD və YPG adları ilə ört-basdır edirlər və son iki ildə özlərini "Suriya Demokratik Qüvvələri” adlandırırlar.
www.anews.az

İranda PKK Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.(anadoluajansi)
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər