• $
  • £

Azərbaycan Avropa İttifaqının sammitinə dəvət alacaq - The Guardian

Azərbaycan Avropa İttifaqının sammitinə dəvət alacaq  - The Guardian
05.09.2022 15:08
Azərbaycan və Ermənistan Avropa İttifaqının oktyabrın 6-da Praqada keçiriləcək sammitində iştirak etmək üçün dəvət alacaq. Bu barədə "The Guardian” nəşri məlumat yayıb.

"Avropa İttifaqına üzv olmayan, lakin vahid bazara inteqrasiya olunmuş İsveçrə və Norveç də sammitdə iştiraka dəvət olunacaq. O cümlədən  Moldova, Ukrayna, Gürcüstan və İttifaqa daxil olmağa ümidli olan daha 6 Avropa ölkəsi  Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya, Serbiya  sammitdə iştirak üçün dəvət alacaqlar. Sammitdə Azərbaycan və Ermənistanın dəvət alacağı da gözlənilir", - The Guardian yazır. 


Avropa Şurasının prezidenti Şarl Mişel bildirib ki, Türkiyənin də  sammitə dəvət edilməsi  barədə istək var. Lakin bunun üçün bütün tərəfdaşların razılığı olmalıdır. Hələlik Yunanıstan və Kipr Türkiyənin iştirakına qarşı çıxır. 


Ən çox müzakirə olunan isə Avropa İttifaqından çıxmış Böyük Britaniyanın iştirakı məsələsidir.  


Avropa İttifaqı Böyük Britaniyanın yeni baş nazirinə dəvətnam ilə bərabər zeytun ağaçının  budağını gndərməyi planlaşdırır. 


The Guardian-a görə, Britaniyanın Liz Trassın olacağı güman edilən yeni baş nazirinə  kontinentd təhlükəsizliyi möhkəmləndirmək üçün Avropa liderlərinə qoşulmaq təklif ediləcək. 


Şarl Mişel bildirib ki,Şimali İrlandiya protokolu ilə bağlı çətinliklərin ola biləcəyinə baxmayaraq  Britaniyanın Çexiyanın paytaxtına dəvət ediləcəyinə şübhə etmir. 


«Bizim  Şimali İrlandiya protokolu ilə bağlı mübahisələrimiz olsa da  geniş perspektivd dost olmağımıza və birgə fəaliyyəti davam etdirəcəyimizə şübhəmiz yoxdur", - Mişel The Guardiana müsahibəsində bildirib. 


Mişel Fransa prezidenti Emanuel Makronun müttəfiqidir. Avropa kontinentində olan bütün demokratik ölkələrin birləşəcəyi Avropa Siyasi İttifaqının yaradılması ideyasını da o, bu ilin mayında irəli sürüb. Bu İttifaqa Ukrayna və Avropanın Aİ-ə daxil olmaq istəyən digər 6 ölkəsi də daxil  edilməlidir.   


N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol