Banklararası Kart Mərkəzində sınaq işləri aparılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış Banklararası Kart Mərkəzinin etibarlı fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı olaraq modernizasiya tədbirləri həyata keçirilir. Bu barədə AMB-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bu tədbirlər çərçivəsində Banklararası Kart Mərkəzinin müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə 7 sentyabr 2022-ci ildən başlayaraq 3 gün müddətinə saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.
www.anews.az

Son xəbərlər
Daha çox 