• $
  • £

ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
07.09.2022 10:57
ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri, ABŞ-ın Qafqaz üzrə danışıqlarda xüsusi nümayəndəsi, səfir Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, bu, Rikerin həmsədr statusunda Cənubi Qafqaza ilk səfəridir. Patel bölgəyə səfərlərin müntəzəm olacağına ümid etdiyini deyib.

"Səfər çərçivəsində Riker Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, bu üç ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirərək, regiondakı əsas problemləri, habelə münaqişənin konstruktiv həlli üçün yardım və birbaşa iştirak imkanlarını, mübahisəli məsələləri və regional əməkdaşlığı müzakirə edəcək”, - Patel vurğulayıb.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsini Endryu Şofer tutub.

Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi Rusiya, Fransa və ABŞ-dır. Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Qarabağ üzrə sülh prosesinin bərpa olunmasının tərəfdarı olub. Lakin rəsmi Bakı Qarabağ münaqişəsinin bitdiyini və ATƏT-in Minsk qrupunun fəaliyyətinə daha ehtiyac duyulmadığını bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son açıqlamalarında ATƏT-in Minsk qrupu formatında əməkdaşlığa əhəmiyyət vermədiklərini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol