TAP-la bağlı son qərar gələn ilin əvvəlində veriləcək - RƏSMİ
TAP qaz kəmərinin ötürmə qabiliyyətinin 20 milyard kubmetrə çatdırılması ilə bağlı yekun qərar 2023-cü ilin əvvəlində qəbul ediləcək, - bunu TAP AG boru kəməri şirkətinin idarəedici direktoru Luka Şieppati çərşənbə axşamı bildirib.
"Bu ilin sonu və ya gələn ilin əvvəlində TAP bazar sınaqlarının yekun mərhələsinə start verməyi planlaşdırır. Bu müddət ərzində yük sahibləri TAP AG-dənboru kəmərinin əlavə imkanları barədə informasiya sorğulaya bilərlər. Bu proses bir neçə ay çəkə bilər. Əgər qaza tələbat çox olarsa onun imkanlarını genişləndirməyə başlayacağıq", - Şippati Milanda keçirilən beynəlxalq Gastech konfransı çərçivəsində deyib.
Onun sözlərinə görə, TAP-ın genişləndirilməsi mərhələli şəkildə həyata keçirilə bilər və Azərbaycanın bir neçə yatağından TAP-a əlavə qaz həcmləri veriləcək.
"36 aydan sonra biz ilk əlavə qaz həcminin ixracını təmin edə biləcəyik, 60 aydan sonra isə bu həcmi iki dəfə artırmaq imkanımız olacaq", - Şippati bildirib.
Onun sözlərinə görə, TAP konsorsiumu bu layihənin texniki-iqtisadi əsaslandırması müsbət nəticə verdikdən sonra hidrogenin nəqli üçün TAP infrastrukturunun hazırlanması üzərində də eyni vaxtda işləyir.
"Hazırda sənaye karbon neytrallığına nail olmaq üçün hidrogen mövzusuna fokuslanıb. TAP-da biz bu ideyanı lap əvvəldən qəbul etmişik. 2021-ci ildə apardığımız ilkin araşdırma TAP-ın hidrogeni nəql edə biləcəyini təsdiqlədi", - Şippati bildirib.
O əlavə edib ki, növbəti addım boru kəmərinin materialını və qaynaqını sınaqdan keçirmək olacaq ki, onların hidrogen nəqli ilə uyğunluğuna əmin olsunlar.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan qaz kəmərinin 20 milyard kubmetrə qədər genişləndirilməsi üçün TAP tərəfdaşları ilə danışıqlara başlayıb.
"Bu, yaxın vaxtlarda edilməlidir. Çünki biz Avropa Komissiyası ilə Azərbaycandan Avropa İttifaqına qaz ixracını 2027-ci ilə qədər iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişik. TAP-ın genişləndirilməsi olmadan bu, mümkün olmayacaq", -o vurğulayıb.
TAP qaz kəmərinin ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən və 8 km-i İtaliya ərazisindən keçir. TAP SGC layihəsinin sonuncu komponenti - Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturdur.
Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
2020-ci il dekabrın 31-dən Azərbaycan TAP vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. İndiyədək kəmərlə 13,5 milyard kubmetr nəql edilib ki, bunun da 11,7 milyard kubmetrini İtaliya alıb. Qalanı isə Yunanıstan və Bolqarıstan ixrac olunub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox