Azərbaycanda qeyri-neft ixracı 19% artırıb

2022-ci ilin yanvar-avqustunda Azərbaycandan qeyri-neft ixracı 1,9 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 537,8 milyon dollar təşkil edib.
8 ayda kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan düzəldilən məmulatların ixracı 66%, qara metallar və onlardan düzələn məmulatların ixracı 21,1% artıb.
2022-ci ilin avqustunda Azərbaycandan ixracın ümumi həcmi 3,7 milyard dollar təşkil edib. Qeyri-neft sektorunda ixrac 11,5% azalaraq 204 milyon dollar olub. 2022-ci ilin avqustunda ərzaq məhsullarının ixracı 21,5% artaraq 46 ,6 milyon dollar təşkil edib. Qeyri-ərzaq məhsulları ixracı isə 18,1% azalaraq 157,4 milyon dollara düşüb.
Ümumilikdə, 2022-ci ilin yanvar-avqustunda Azərbaycanın ixracı 26,2 milyard dollar təşkil edib.
www.anews.az

2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi rekord həddə - 2,7 milyard dollara çatıb ki, bu da 2020-ci illə müqayisədə 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollar kimi yüksələcək.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 