• $
  • £

Siyasi partiyalar belə maliyyələşəcək - QAYDALAR

Siyasi partiyalar belə maliyyələşəcək - QAYDALAR
07.09.2022 21:00
Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinin yeni qaydaları təklif edilir. 

Modern.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib. 

Layihəyə əsasən, siyasi partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:


- üzvlük haqqı;


- ianə;


- dövlət maliyyə yardımı;


- mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait;


- hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak;


- qanunla qadağan olunmayan digər gəlirlər.


Siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:


- bu Qanunun 23.1.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, dövlət orqanları (qurumları);


- yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;


- digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;


- beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;


- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;


- yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;


- adını, soyadını, atasının adını, həmçinin fərdi identifikasiya nömrəsini, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.


Yeni layihədə qeyd edilir ki, üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.


Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.


Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol