• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azərbaycan, Rusiya və İran nazirləri Bakıda görüşəcək

Azərbaycan, Rusiya və İran  nazirləri Bakıda görüşəcək
07.09.2022 16:52
Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirləri sentyabrın 8-9-da Bakıda Rəşt-Astara dəmir yolunun tikintisinin detallarını müzakirə etmək üçün üçtərəfli görüş keçirəcəklər.

"İranın nəqliyyat naziri bu gün Azərbaycan, İran və Rusiya  nəqliyyat azirlərinin görüşündə iştirak etmək üçün Bakıya gələcək. Əsasən Rəşt-Astara  dəmir yolunun tikintisi məsələsi müzakirə olunacaq”, -  Bu barədə İran KİV xəbər verir.
 
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, sabah üç ölkə nümayəndələrinin işçi qrup səviyyəsində görüşü nəzərdə tutulub. Sentyabrın 9-da isə nəqliyyat nazirlərinin mətbuat konfransı  gözlənilir.  

Dəmir yolunun tikintisi "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yüklərin daşınması üçün çox vacibdir.
 
2023-cü ilin əvvəlinə bu yolla 10 milyon tonadək yükün daşınacağı bildirilir.  

Bundan əvvəl Azərbaycanın dəmir yollarını İranın dəmir yolu şəbəkəsi ilə birləşdirmək üçün Qəzvin-Rəşt dəmir yolu xətti istifadəyə verilib.
 
Rəşt-Astara dəmir yolu xətti nin 167 kilometr olacağı nəzərdə tutulub. 
 

 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol