• $
  • £

Ermənilər sülh haqda nə düşünür – SORĞU

Ermənilər sülh haqda nə düşünür – SORĞU
07.09.2022 22:20
"Azadlıq radiosu”nun erməni xidməti Ermənistan vətəndaşları arasında sorğu keçirib.
 
Videosorğu zamanı ermənilərin Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqda fikirləri öyrənilib.
 
Respondentlərin böyük əksəriyyəti Azərbaycanla sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu deyib. Onlar digər qonşu ölkələrlə olduğu kimi, Azərbaycan Respublikası ilə da normal qonşuluq şəraitində yaşaya biləcəklərini söyləyiblər.
 
Xüsusən yaşlı nəslin nümayəndələri sülhün vacib olduğunu bildiriblər. Lakin az sayda respondent separatçı mövqe ortaya qoyaraq, Qarabağın Ermənistanın tərkibində qalması şərtilə sülhə razı olduqlarını vurğulayıb.
 
Bir qrup Ermənistan vətəndaşı isə ümumiyyətlə sülhə qarşı olduğunu qeyd edib.
 
Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Budəfəki görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, münaqişə dövründə itkin düşmüş vətəndaşların axtarışı, ərazilərin minalardan təmizlənməsi, eləcə də nəqliyyat kommunikasiya vasitələrinin açılması kimi məsələlər müzakirə edilib, nəticədə müvafiq razılaşmalar əldə olunub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol