• $
  • £

Azərbaycanlı yazıçıdan ukraynalı uşaqlara dəstək AKSİYASI

Azərbaycanlı yazıçıdan ukraynalı uşaqlara dəstək AKSİYASI
08.09.2022 09:34
Azərbaycanlı yazar Kəramət Böyükçöl  Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynadan qaçqın düşərək Azərbaycana gəlmiş uşaqlara dəstək məqsədi ilə aksiya keçirib. Bu barədə yazıçı özünün sosial şəbəkə hesabında yazıb.

Dəstək aksiyası sentyabrın 6-da başlayıb və 3 gün davam edəcək.

Yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının binası qarşısında öz yazdığı əsərləri satır, toplanan vəsaitə ukraynalı uşaqlara məktəb ləvazimatları alacağını deyib.

Böyükçöl ləvazimatları ölkədə yerləşən Ukrayna səfirliyinə təqdim edəcəyini qeyd edib.
 
"Ukraynaya yardım edən minlərlə belə şəxsin addımı alqışa layiqdir. Mənim isə bir Azərbaycan yazıçısı olaraq adamın Ukraynaya milyon dollarla yardım edən məşhur ədəbiyyat və mədəniyyət adamlarının sırasına daxil olmaq üçün maddi imkanım yoxdur. Öz kitablarımı parkda sataraq Ukraynadan Azərbaycana sığınmış ailələrin övladlarına məktəb ləvazimatı almaq təşəbbüsüm isə Ukraynaya maddi yox, mənəvi dəstəyimin ifadəsidir", yazıçı bildirib.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol