• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

"Qarabağ" bu gün "Frayburq” ilə qarşılaşacaq

08.09.2022 15:18

Bu gün UEFA Avropa Liqasının qrup oyunlarına start veriləcək. 


Azərbaycanın  "Qarabağ” Futbol klubu ilk oyununu Almaniyanın "Frayburq” klubuna qarşı keçirəcək. Beləliklə, futbol üzrə Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq. 

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında çox intizamlı komandaya qarşı oynayacaqlarını bildirib. 

 

"Frayburq" çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. İstədiklərimizi gerçəkləşdirməyə çalışacağıq. Futbolçularıma inanıram. Azarkeşləri maraqlı matç gözləyir", - Qurbanov deyib. 

 

O, rəqib baş məşqçinin göstərilən etimadları doğrultduğunu deyib. 

 

"Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhər əhalisi və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimatı doğruldub. Komanda uzun illər eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var", - baş məşqçi bildirib. 

 

Qurbanov "köhlən atlar"ın avrokubok təcrübələrində rəqib komandadan üstünlüklərindən bəhs edib.

 

"Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu o demək deyil ki, təcrübədə onları üstələyirik. "Frayburq" hər mövsüm vacib matçlara çıxır". 

 

Baş məşqçi  "Qarabağ" FK-nı yeni tərk etmiş  İbrahima Vadjidən də danışıb. 

 

"Bu gün onun bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o, yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimdə olan futbolçularla qarşıdakı oyunlara hazırlaşacağıq", - Qurbanov deyib. 

 

50 yaşlı Mütəxəssis Bundesliqa təmsilçisinin standart vəziyyətlərdə təhlükəli olduğunu xatırladıb.

 

"Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginliyimiz yoxdur", - Qurban Qurbanov çərşənbə günü mətbuat konfransında bildirib.  

 

"Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx isə mətbuat konfransında beynəlxalq təcrübəyə malik komanda ilə oynayacaqlarını vurğulayıb.

 

"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var. Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik"­, - Kristian Ştrayx deyib.

 

"Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq. 

 

"Europa-park” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. 

 

G qrupunun digər üzvlərindən "Nant" (Fransa) isə "Stade de La Beaujoire” stadionunda "Olimpiakos" (Yunanıstan) klubunu qəbul edəcək. Bu qarşılaşma "Qarabağ”ın oyun vaxtına təsadüf edəcək.

 

Bu gün keçiriləcək UEFA Avropa Liqasının qrup oyunlarının siyahısı: 

 

 

A qrupu

20:45 - "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə)

20:45 - PSV (Niderland) - "Budö Qlimt" (Norveç)


B qrupu

20:45 - AEK (Larnaka, Kipr) - "Renn" (Fransa)

20:45 – "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)


C qrupu

20:45 - "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya)

20:45 - HİK (Finlandiya) - "Betis" (İspaniya)


D qrupu

20:45 - "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya)

20:45 - "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika)


E qrupu

23:00 - "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)

23:00 - "Omoniya" (Kipr) - "Şerif" (Moldova)


F qrupu

23:00 - "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland)

23:00 - "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka)


G qrupu

23:00 - "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

23:00 - "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)


H qrupu

23:00 - "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa)

23:00 - "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə). 

 


Sadiq Cavadov

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol