Türkiyə avqustda Rusiyaya mal ixracı üzrə rekorda imza atıb

2022-ci ilin avqustunda Türkiyə Rusiyaya mal və məhsul ixracının həcmini kəskin şəkildə artıraraq, bu göstərici üzrə respublikanın bütün tarixində rekorda imza atıb. Bu barədə TASS ölkənin İxracatçılar Assambleyasının məlumatlarına istinadən xəbər verir.
"Avqustda Türkiyə Rusiyaya ixracatda mütləq rekorda imza atdı. Bir ay ərzində ixracın həcmi 738 milyon 527 min ABŞ dolları təşkil edib”, - Türkiyə İxracatçılar Məclisinin açıqlamasında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə göstəricilər 87,2% artıb. Bu, daha çox Rusiyaya qarşı beynəlxalq sanksiyalarla bağlı olub, nəticədə ölkə Qərb məhsullarını əvəz edəcək alternativ təchizatçılar axtarmağa başlayıb.
www.anews.az

Sentyabrın 2-də "Vedomosti” qəzeti yayda Rusiyaya avtomobil hissələrinin idxalının illik müqayisədə 20-40% artdığını yazıb. Bəzi kateqoriyalar üzrə çatdırılmaların sayı 50-100% artıb. Eyni zamanda Türkiyə Rusiyaya belə məhsulların aparıcı tədarükçülərindən birinə çevrilib. Ankaradan başqa Çin, Cənubi Koreya və Vyetnam da Moskva üçün mühüm ixracatçıya çevrilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 