Azərbaycanda tutulan 5 erməni hərbçisi Ermənistana qaytarılacaq
Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 5 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə onların azadlıqdan məhrumetmə cəzası 1,8 il 25 günə kimi azaltmaq brədə qərar qəbul edib. Bu barədə Anews.az-a iki məlumatlı mənbədən məlumat daxil olub.
Onlar Martin Aqramyan (1997-vi il təvəllüdlü), Aşot Gevorkyan (1997), Feliks Qriqoryan (1996), Varazdat Manukyan (1990) və Edik Ovsepyandır (1999).
Həmin şəxslər Ermənistana təhvil verəcək. Hərbçilərin təhvili Ermənistanla sərhəd zonalarından birində baş tutacaq.
Avqustun 30-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə vasitəçilik edib. Görüşün nəticələrindən biri də erməni hərbçilərin qaytarılması ilə bağlı razılaşma olub. Bununla da Azərbaycan humanitar gündəmi dəstəklədiyini bir daha nümayiş etdirdi.
Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilərək həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox