• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Rusiya İrana və Azərbaycana yeni pilot layihələr təklif edib

Rusiya İrana və Azərbaycana yeni pilot layihələr təklif edib
09.09.2022 13:06
Rusiya Azərbaycan və İrana sadələşdirilmiş gömrük dəhlizi mexanizmi çərçivəsində ikitərəfli pilot layihələrin həyata keçirilməsini təklif edir, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.


"Rusiya və İran arasında qarşılıqlı ticarətin inkişafında mühüm məsələ həm də malların sərhədlərdən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsidir. Bununla bağlı Azərbaycan, Rusiya və İran gömrük xidmətləri arasında tranzit daşımalarının asanlaşdırılmasına dair üçtərəfli memorandumun imzalanmasını məmnunluqla qeyd etmək istərdim. Biz həmçinin üç ölkənin gömrük idarələri arasında əməkdaşlığın, o cümlədən səlahiyyətli iqtisadi operator statusunun qarşılıqlı tanınmasının həyata keçirilməsinə dair saziş çərçivəsində, habelə Rusiya, İran və Azərbaycan arasında ikitərəfli pilot layihələrin davam etdirilməsini vacib hesab edirik”,  - Novak cümə günü Bakıda keçirilən ilk üçtərəfli görüşdə bildirib. 


Novak həmşinin qeyd edib ki,  "Şimal-Cənub” dəhlizinin fasiləsiz səmərəli fəaliyyətini təmin etmək məqsədilə  Rusiya  lazımi infrastrukturun yaradılması üçün tədbirlər  görür. "Bizim bu marşrut üzrə yükdaşımaları ildə 15 milyon tona qədər artırmaq potensialımız var”-  Novak deyib. 


Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində işçi qrupu çərçivəsində konkret tədbirlərin siyahısının işlənib hazırlanmasını, investisiyaların cəlb edilməsi və bu obyektlərin maliyyələşdirilməsi üçün tələb olunan həcmlərin ilkin smetalarının işlənib hazırlanmasını və müəyyən edilməsini, idarəetmə və istismar üçün təkliflərin hazırlanması nəzərdə tutulub. 


Şimal-Cənub nəqliyyat dəhlizi əsasən Azərbaycan və İran ərazisindən keçir və Rusiyadan başlayaraq yüklərin. İran körfəzinə qədər daşınmasını nəzərdə tutur.  DƏhlizin Azərbaycan hissəsi 500 kilometr təşkil edir  və müəyyən rekonstruksiya işlərinin keçirilməsi nəzərə alınmasa demək olar ki , istifadə üçün hazırdır. Lakin dəhlizin İran hissəsi hələ də tikilməyib . Bunun üçün İran tırıfinə $1,5 milyard dollar investisiya qoyulması tələb olunur.


Azərbaycan və İran arasında bu məqsəd üçün 500 milyon dollar  İrana kredit verilməsi barədə memorandum imzalansa da bu vəsait ayrılmayıb. 


Rusiya tərəfi bu xərclərin bağlanmasında İrana kömək etməyə hazır olduğunu bildirib. 
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol