• $
  • £

Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə gedir

Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə gedir
09.09.2022 13:14
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədovun "Facebook” səhifəsində məlumat verilib.

O, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlət başçısının iştirak edəcəyini yazıb.

"Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir 2019-cu ildən sonra ŞƏT liderlərinin ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması ilə bağlı olacaq”, - Əsədov yazıb.

O qeyd edib ki, Özbəkistanın ŞƏT-də sədrliyi dövründə əsas diqqət ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, sənaye əməkdaşlığının inkişafına, o cümlədən nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib.

ŞƏT sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Pakistanın baş naziri Şahboz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistanın prezidenti Emoməli Rəhmonun da iştirak edəcəyi bildirilir.

Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux sammitdə müşahidəçi qismində iştirak edəcəklər.

ŞƏT sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol