• $
  • £

Taxıl ixracı yoxsul ölkələrə nəzərdə tutulduğu kimi çatmır- PUTİN

Taxıl ixracı yoxsul ölkələrə nəzərdə tutulduğu kimi çatmır- PUTİN
09.09.2022 10:37
Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan saziş çərçivəsində taxıl ixracının yoxsul ölkələrə nəzərdə tutulduğu kimi çatmadığını deyib.  Putin  bunu Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında deyib.


Açıqlamalar Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın blokadadakı limanlarından milyonlarla ton taxılın daşınması ilə bağlı altı həftəlik razılaşmanın taleyi ilə bağlı şübhələr yaradıb.

Sentyabrın 7-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Putin Moskvaya Ukrayna taxılının daşınması üçün marşrutları dəyişdirmək barədə düşünməyi təklif edib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın taxıl ixrac edə bilməsi üçün əlindən gələni edib.

"Reuters"in Moskvanın taxıl ixracı sövdələşməsində dəyişikliklərə təşəbbüs edib-etməməsi ilə bağlı sualına Ukraynanın kənd təsərrüfatı naziri Nikolay Solski Putinin çıxışından sonra deyib ki, "biz öz səviyyəmizdə heç nə görməmişik".

Qlobal ərzaq və enerji qiymətləri Rusiyanın özündən daha  kiçik postsovet qonşusu Ukraynanı tabe etmək üçün başladığı genişmiqyaslı hücumdan sonra  yüksəlib.

"Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı kasıb dövlətlərə deyil, Aİ ölkələrinə göndərilir", - Putin Vladivostokda deyib, lakin o, hər hansı sübut təqdim etməyib.

O əlavə edib ki, "bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası yalnız böyüyəcək”.

İyulda Rusiya və Ukrayna arasında BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanmış ixrac sazişi  milyonlarla ton taxıl və gübrənin qarşısındakı əngəli aradan qaldırmaq üçün  nəzərdə tuturdu.

Avqustun sonunda Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna taxıl ixracı müqaviləsindən sonrakı ilk ayda dəniz yolu ilə 1 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac edib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol