Ukraynada bu şəxslərin oğurlandığı deyilir
Ukraynanın "Enerhoatom” atom agentliyinin rəhbəri Ukraynanın cənub-şərqində yerləşən Zaporjya AES-də Rusiya işğalçı qoşunlarını müəssisənin bir sıra ukraynalı işçiyə işgəncə verməkdə və öldürməkdə və 200-ə yaxınını oğurlamaqda ittiham edib.
"Enerhoatom" prezidenti Petro Kotyn Almaniyanın "Funke" qəzetinə sentyabrın 8-də verdiyi açıqlamada bildirib ki, oğurlananların hara aparıldığından məlumatsızdır.
İttihamlar altı reaktorlu stansiyanın ətrafının atəşə tutulması və şəhər ətrafında elektrik enerjisinin kəsilməsi ilə bağlı beynəlxalq nüvə fəlakəti qorxusunu gücləndirən xəbərlər fonunda səslənir.
Kotyn bildirib ki, işğalçı qoşunlar zavodun işçilərinin sədaqətini müəyyən etmək üçün yoxlayır.
Onun sözlərinə görə, sui-istifadə halları 1000-ə yaxın işçinin Avropanın ən böyük atom elektrik stansiyasının işləməsini çox çətinləşdirib.
Fevralın sonunda Moskvanın Ukraynaya səbəbsiz işğalına başlayandan sonra ilk həftələrdə Zaporojya Rusiyanın nəzarətinə keçməzdən əvvəl təxminən 11 min işçi heyəti var idi.
www.anews.az

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu həftə bildirdi ki, Zaporojyada apardığı son təftiş orada "dözümsüz" vəziyyətin olduğunu deyib və "nüvə qəzasının qarşısını almaq üçün müvəqqəti tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu" vurğulayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox