• $
  • £

"Çelsi" futbol klubuna yeni baş məşqçi təyin edilib

09.09.2022 17:44

"Çelsi" futbol klubunda Qrem Potter sabiq baş məşqçi Tomas Tuçelin yerinə  təyin edilib. Bu barədə BBC məlumat yayıb.
 
Qrem Potter bu vəzifəni yerinə yetirmək üçün Premyer Liqa klubu "Brayton”dan ayrılıb və "mavilərlə” beş illik müqavilə imzalayıb.
 
Potterin baş məşqçiliyi altında "Çelsi”nin ilk oyunu şənbə günü Londonun "Fulham” klubu ilə səfər derbisi olacaq. 
 
Qrem Potterin köməkçisi Billi Rid, əsas komandanın məşqçiləri Byorn Hamberq və Bruno, qapıçılar üzrə məşqçi Ben Roberts və işə qəbul üzrə köməkçi rəhbəri Kayl Makolay onunla birlikdə komandanı çalışdıracaqlar.

 "Stamford Bridge” klubunun sədri Todd Boehli Qrem Potteri "Çelsi”yə gətirməkdən məmnun olduğunu deyib.

"O, sübut olunmuş məşqçi və Premyer Liqada bizim klub üçün baxışımıza uyğun yenilikçidir. O, təkcə meydanda istedadlı deyil, həm də "Çelsi”ni daha uğurlu klub edəcək bacarıq və imkanlara malikdir. O, əvvəlki klublarında böyük təsir bağışladı və biz onun "Çelsi"də müsbət təsirini gözləyirik”, - Todd Boehl deyib.
 
Potter "Çelsi” klubuna baş məşqçilik etməkdən çox həyəcanlı olduğunu bildirib.


"Mən "Çelsi”də baş məşqçilik etməkdən çox həyəcanlıyam. Maraqlı oyunçular ilə görüşməyi və onlarla işləməyi və heyrətamiz azarkeşlərimizin fəxr edə biləcəyi bir komanda və mədəniyyəti inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - Qrem Potter deyib.
 
İngiltərə Premyer Liqasında 6 turdan sonra "Çelsi” futbol klubu 10 xalla 6-cı yeri tutur. Çempionlar Liqasının ilk turunda "zadəganlar" Xorvatiyada Zaqreb "Dinamo"suna 1-0 hesabı iləməğlub olub.
 

Sadiq Cavadov
 
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol