Kral oğlunu Uels şahzadəsi elan edib
Britaniya kralı III Çarlz böyük oğlu Uilyama Uels şahzadəsi titulu verib. Bu barədə BBC məlumat yayıb.
www.anews.az
Uilyamın həyat yoldaşı Keyt Midlton da Uels şahzadəsi elan olunub.
Şahzadə Uilyam Kral III Çarlz və Uels şahzadəsi Diananın böyük oğludur. İndi o, Britaniya taxt-tacına birinci namizəddir.
Anası vəfat edəndə onun 15 yaşı olub. O, Şotlandiyanın Sent-Endryus Universitetinə daxil olub və orada hazırkı həyat yoldaşı Keyt Middltonla tanış olub. Cütlük 2011-ci ildə ailə həyatı qurub.
21-ci doğum günündə Uilyam Kraliçanın yoxluğunda rəsmi tədbirlərdə onu təmsil etmək səlahiyyətinə malik olmaq üçün Dövlət müşaviri təyin edilib.
Uilyam və Keytin üç övladı var - Şahzadə Corc (iyul 2013-cü il təvəllüdlü), Şahzadə Şarlotta (2015-ci il təvəllüdlü) və Şahzadə Lui (2018-ci il təvəllüdlü).
Şahzadə Orduda, Kral Donanmasında və RAF-da hərbi təhsili başa vurub və sonra Şimali Uelsin Anglesey Vadisində RAF Axtarış və Xilasetmə pilotu kimi üç il təlim keçib. O, həmçinin Şərqi İngiltərədə təcili yardımın köməkçi pilotu kimi part-time işləyib.
İndi Uels şahzadəsi titulu ilə birlikdə ona atası tərəfdən Kornuoll hersoqu titulu da keçib. Son vaxtlara qədər o və həyat yoldaşı Keyt Kembric hersoqu və hersoginyası titullarını daşıyırdılar, uşaqları isə Kembric şahzadələri adlanırdı.
Şahzadə Uilyamın taxt-tacın varisi kimi əsas vəzifələri Krala dəstək olmaq olacaq.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər