• $
  • £

Zaporojye AES fəaliyyətini tamamilə dayandırdı

Zaporojye AES fəaliyyətini tamamilə dayandırdı
11.09.2022 10:50
11 sentyabr 2022-ci il, saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.

Bu barədə "Telegram”da Energoatomun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla da Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb.

"Son üç gün ərzində 6-cı enerji bloku ada rejimində işləyir, yalnız Zaporojye Atom Elektrik Stansiyasının öz ehtiyaclarını kritik dərəcədə aşağı güc səviyyəsində (114-dən 140 MVt-a qədər) ödəyir, çünki Rusiyanın atəşi nəticəsində bütün rabitə xətləri zədələnib”, - məlumatda deyilir.

Qeyd olunur ki, sentyabrın 10-da axşam saatlarında bu kommunikasiya xətlərindən birinin işləmə qabiliyyəti bərpa edildikdən sonra stansiyanın öz ehtiyacları üçün Ukraynanın enerji sistemindən enerji təchizatı mümkün olub. Buna görə də, 6 nömrəli enerji blokunun söndürülməsi və ən təhlükəsiz vəziyyətə - soyuq vəziyyətə keçirilməsi qərara alınıb.
 
Ruslar martın 4-də Zaporojye AES  və Enerqodar peyk şəhərciyini ələ keçirib. O vaxtdan bəri Rusiya AES ətrafında hərbisizləşdirilmiş zona yaratmaq təklifini rədd edib. Avqustun əvvəlindən vaxtaşırı atom elektrik stansiyası və onun ətrafı atəşə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb

İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Dünya 14:33
İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol