Ərdoğan və Putin bir araya gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində iştirak edəcək. Türkiyə lideri burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Bununla yanaşı Kremlin sözçüsü Dmitriy Peskov Rusiya Prezidenti Vladimir Putinlə həmkarı Rəcəb Tayyib Ərdoğanın Səmərqənddə keçiriləcək görüşünə hazırlıq görüldüyünü və tərəflərin Rusiya ərzaq məhsullarının ixracı da daxil olmaqla taxıl müqaviləsini müzakirə edəcəklərini bildirib.
Ərdoğan bundan sonra ABŞ-a səfər edəcək, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclasında iştirak edəcək. Türkiyə lideri sentyabrın 20-də Baş Assambleyada çıxış edəcək. Ərdoğan BMT-də Rusiya-Ukrayna müharibəsi, Ukrayna taxılının daşınması, terrorla mübarizə, Yunanıstanla gərginliyə qədər bir çox mövzularda danışacaq.
Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə təkbətək görüşəcək
www.anews.az
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox