İranda 5 edam məhkumu əfv edilib
İranda 5 məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olublar. Bu barədə ölkənin yerli agentliyi İRNA məlumat yayıb.
Ölkənin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin sözlərinə görə, sözügedən məhbuslar uzun illər idi ki, həbsxanada edam gözləyirdilər. Lakin ixtilafları həll etmə şurasının cəhdləri, eləcə də ağ saqqallar, din xadimləri və nüfuz sahibi şəxslərin vasitəçiliyi ilə tərəflər arasında razılıq əldə edilib.
Edama məhkum olunacaq şəxslər qarşı tərəfə təzminat olaraq "diyə" ödəyəcək.
2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.
İran İnsan Haqları Təşkilatının məlumatına görə, mövcud statistika göstərir ki, son 30 ildə dünyada uşaq edamlarının 70 faizi İranda həyata keçirilib.
BMT baş katibinin insan haqları üzrə müavini Nada əl-Naşif iyunun 31-də Antonio Quterreşin İranla bağlı son hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim edib. O, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bunun 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.
BMT baş katibinin insan haqları üzrə müavini daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun azlıq qruplarına mənsub olduqlarını bildirib.
Ləman
www.anews.az

İslam Respublikasında qəbul olunan qanuna əsasən, qeyri haram aylarda olan diyənin kamil həddi 210 milyon tümən (təxminən 100 min azn) təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər