• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azercell müştərilərini diqqətli olmağa çağırır!

Azercell müştərilərini diqqətli olmağa çağırır!
12.09.2022 11:21
WhatsApp və digər tətbiqlərdə təhlükəsizlik pozuntuları ilə bağlı dünya miqyasında baş verən bir sıra hadisələri diqqət mərkəzində saxlayaraq, Azercell abunəçilərini cihaz və telefon nömrələrini potensial haker hücumlarından qorumaq üçün priventiv tədbirlər görməyə çağırır.

Bu cür hücumların sayının artmasını və bunun nəticəsində şirkətə son günlər ərzində daxil olan çoxsaylı sorğuları nəzərə alan mobil operator, məlumat təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələri abunəçiləri ilə bölüşür:


Telefonlarınızı nəzarətsiz qoymayın;

WhatsApp tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməyin;

Şübhəli zənglərə cavab verməyin;

Etibar doğurmayan internet saytlardan istifadə etməyin;

Şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmayın;

WhatsApp-dan qeydiyyatdan keçmək üçün nömrəyə göndərilən 6 rəqəmli şifrəni heç kimlə bölüşməyin:

İstifadənizdə olan nömrənin WhatsApp hesabı yaradılarkən sizə sms vasitəsilə 6 rəqəmli şifrə göndərilir. WhatsApp hesabınızın təhlükəsizliyini qorumaq üçün bu şifrə gizli saxlanılmalıdır və heç kimlə bölüşülməməlidir.
WhatsApp-da şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yaradın:

WhatsApp istifadəçiləri şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yarada bilərlər. Bunun üçün proqram parametrlərində "İki addımlı təsdiqetmə” funksiyasını aktiv edin. Sonra müvafiq xanalara təhlükəsizlik şifrəsini və e-poçt ünvanını əlavə edin.  
 
Azercell abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsini təqdim etmək üçün bu növ məlumatları müntəzəm olaraq onlarla paylaşmağa davam edəcək.
 
 Azercell tətbiqlərdən və ya sosial şəbəkələrdən yararlanmaq üçün yalnız mobil internet bağlantısını təmin edir. Tətbiqlərə və sosial şəbəkələrə aid istifadəçi hesablarının təhlukəsizlik və istifadə şərtləri Azercell tərəfindən idarə edilmir. Məhz bu səbəbdən bu mövzularda yaranan sual və çətinliklər müvafiq proqramın dəstək xəttinə yönləndirilməlidir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol