• $
  • £

Eldəniz Əzizli ikiqat dünya çempionu olub

Eldəniz Əzizli ikiqat dünya çempionu olub
12.09.2022 14:16

Azərbaycan güləşçiləri Serbiyanın paytaxtı Belqradda dünya çempionatına qatılıblar.

Sentyabrın 10-da keçirilən oyuna əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışa qoşulub.

İlk yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvləri Eldəniz Əzizli (55 kq), Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) milli komanda heyətində mübarizə aparıblar. Eldəniz 1/8 finalda Covanni Freni (İtaliya) ilə,Ülvi Qənizadə İbrahim Məhəmmədov (Qazaxıstan) ilə, Sənan Süleymanov isə İdris İbayevlə (Almaniya) qarşılaşıblar.


Dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli 1/8 finalda Covanni Frenini (İtaliya) 8:0, 1/4 finalda isə Yu Şiotanini (Yaponiya) 9:0 məğlub edərək yarımfinala vəsiqə qazanıb. 55 kq-da mübarizə aparan idmançımız yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gələrək finala yüksəlib. 


55 kq çəki dərəcəsində yarışan azərbaycanlı idmançı rəqibi gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiya olub. Dünya və ikiqat Avropa çempionumuz bu görüşdə 8:0 hesablı qələbə qazanaraq qızıl medala sahib olub. Bununla da Eldəniz Əzizli karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib olub.


72 kq çəkidə yarışan Ülvi Qənizadə 1/8 finalda İbrahim Məhəmmədovu (Qazaxıstan) 4:2, 1/4 finalda Deyvid Dimitrovu (Bolqarıstan) 10:0 məğlub edib. O, yarımfinalda Səlçuk Cana(Türkiyə) 4:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Qızıl medal uğrunda mübarizədə o, Serbiya güləşçisi Ali Arsalanla üz-üzə gəlib. Lakin ikiqat Asiya çempionu olan İran əsilli Arsalana 3:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.


Digər yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) isə təsnifat mərhələsində İdris İbayevə (Almaniya) 7:8 hesabı ilə uduzaraq medalsız qalıb.

 

Sadiq Cavadov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol