Ukraynada Zaporijye Atom Stansiyasında son reaktor söndürülüb
Rusiyanın nəzarətində olan ölkənin cənubundakı Zaporijye AES-in altıncı və sonuncu reaktoru söndürülüb. Bu barədə Energoatom nüvə agentliyi məlumat yayıb.
"Gecə saat 03:41-də ZNPP-nin 6 nömrəli bloku elektrik şəbəkəsindən ayrılıb", - məlumatda qeyd olunub.
Energoatom bazar günü bildirib ki, soyuq bağlanma reaktor üçün "ən təhlükəsiz vəziyyət" yaradıb.
Avropanın ən böyük nüvə stansiyası ətrafında gedən döyüşlər nüvə fəlakəti qorxusunu artırıb.
Rusiya Ukraynanı zavodu güc yolu ilə geri almağa cəhd etməkdə ittiham edir, Kiyev iddiaları rədd edir.
Artıq yeddinci aydır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi də enerji qiymətlərini artırdı və Qərbin Moskvanı qaz və nefti silahlandırmaqda ittiham etməsi ilə bağlı narahatlıqlara səbəb olub.
Həftə sonu Ukrayna Prezidenti Vladimir Zelenski qış ayları yaxınlaşdıqca Rusiyanın həlledici enerji zərbəsi hazırladığı barədə xəbərdarlıq edərkən, Almaniya kansleri Olaf Şolz isə "Rusiya artıq etibarlı enerji tərəfdaşı deyil”- açıqlama verib.
www.anews.az

Rusiyanın TASS dövlət xəbər agentliyi sentyabrın 5-də bildirib ki, Zaporojya zavodunun yerləşdiyi Enerhodar şəhərində üç partlayış səsi eşidilib.
Rusiya Ukraynanı zavodu güc yolu ilə geri almağa cəhd etməkdə ittiham edir, Kiyev iddiaları rədd edir.
Stansiya ətrafında gedən döyüşlər Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) keçən həftə əraziyə missiya göndərməyə vadar edib.
Missiyanın bir neçə üzvü sentyabrın 3-də, digər qrup isə vəziyyətə nəzarət etmək üçün iki MAQATE üzvünü orada saxlayaraq ərazidən getdi. Missiya zamanı iştirak edən rusiyalı ekspertə istinadən TASS xəbər verir ki, BMT-nin nəzarət orqanının yaxın günlərdə səfəri ilə bağlı hesabat açıqlayacağı gözlənilir.
Artıq yeddinci aydır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi də enerji qiymətlərini artırdı və Qərbin Moskvanı qaz və nefti silahlandırmaqda ittiham etməsi ilə bağlı narahatlıqlara səbəb olub.
Həftə sonu Ukrayna Prezidenti Vladimir Zelenski qış ayları yaxınlaşdıqca Rusiyanın həlledici enerji zərbəsi hazırladığı barədə xəbərdarlıq edərkən, Almaniya kansleri Olaf Şolz isə "Rusiya artıq etibarlı enerji tərəfdaşı deyil”- açıqlama verib.
Sentyabrın 5-də Rusiyanın "Şimal axını 1” boru kəmərini qeyri-müəyyən müddətə bağladığını elan etməsi ilə Avropada qazın qiyməti 30% bahalaşıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox