• $
  • £

"Yuventus" - "Salernitana" oyunu gərgin bitib

12.09.2022 14:20
İtaliyanın A seriyasının 6-cı turu davam edir. "Atalanta” – "Kremoneze” və "Leççe” – "Monza” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Bologna” "Fiorentina”nı 2:1, "Udineze”  "Sassuolo”nu 3:1, "Lazio” "Verono”nu isə 2:0 hesabı ilə məğlub edib. İzləyicilərə görə, günün ən yaddaqalan matçı isə "Yuventus” - "Salernitana” olub.
 
"Yuventus”a qonaq olan "Salernitana” oyuna yaxşı başlayıb. Antonio Kandreva 18-ci dəqiqədə hesabı açıb. Birinci hissəyə artırılmış 5-ci dəqiqədə cərimə meydançasında əl ilə oynadığına görə "Yuventus” qapısına penalti təyin olunub. Piontek fürsəti əldən verməyərək 2-ci qolu vurub.
 
İkinci hissədə meydan sahiblərindən Bremer hesabı komandasının ilk qolunu vurub. İkinci hissəyə artırılmış 3-cü dəqiqədə "Yuventus” komandasında çıxış edən Bonuççi penalti zərbəsini əldən verib. Amma saniyələr sonra yenidən qol vuraraq hesabı bərabərləşdirib. Oyunun sonlarına doğru gərginlik artıb. Əlavə edilmiş 6-cı dəqiqədə "Yuventus” oyunçusu Milik Arkadiuş 2-ci sarı vərəqə ilə oyundan qovulub. 2 dəqiqə sonra rəqib komandadan Fazio Federiko da qırmızı vərəqə aldı. Oyunun bitməyinə dəqiqələr qala "Yuventus”dan daha 2 futbolçu qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıdı. Onlar Massimiliano Allegri ilə Yuan Kuadrado idi. Dramatik sonlanan oyunda tərəflərin heç biri qalib ola bilmədi.
 
Hazırda liderlikdə 14 xal ilə "Napoli”, "Atalanta” və "AC Milan” durur. "Udineze”nin hesabında 13 xal var. "İnter” 12 xal ilə 5-ci, "Lazio” 11 xal ilə 6-cı yerdə qərarlaşıb. "AS Roma”, "Yuventus” və "Torino”nun aktivində isə 10 xal var.
 
Məhluqə Tağıyeva
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol