Ərdoğan Zəngilana GƏLİR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri gözlənilir.
Ölkə lideri Azərbaycan Prezidenti ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.
Türkiyə Prezidentini səfərdə geniştərkibli nümayəndə heyətinin müşayiət edəcəyi bildirilir.
Ərdoğan budan öncə mətbuata açıqlamalarında Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirmişdi.
Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni aeroportun yaxın günlərdə təhvil verilməsi planlaşdırılır.
Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə 2021-ci ilin mayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox