• $
  • £

Ərdoğan Zəngilana GƏLİR

Ərdoğan Zəngilana GƏLİR
12.09.2022 12:43
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri gözlənilir.
 
Ölkə lideri Azərbaycan Prezidenti ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.
 
Türkiyə Prezidentini səfərdə geniştərkibli nümayəndə heyətinin müşayiət edəcəyi bildirilir.
 
Ərdoğan budan öncə mətbuata açıqlamalarında Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirmişdi. 
 
Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni aeroportun yaxın günlərdə təhvil verilməsi planlaşdırılır. 
 
Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə 2021-ci ilin mayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:50
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol