Yeni məktəbli formalarının alınması məcburi deyil
2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir.
Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.
Bildirilib ki, məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir.
Onu da qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını "Bakı Tikiş Evi"ndən alması da mütləq deyil.
Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.
Avqustun 17-dən yeni məktəbli formaları satışa çıxarılıb. Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim forması nümunəsi müəyyənləşib. Bakı Tikiş Evində (BTE) isə ancaq iki rəngdə (ağ köynək, göy şalvar və ətək) və (mavi köynək, boz şalvar, ətək) məktəbli forması tikilir və satışa çıxarılıb. BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, yeni məktəbli geyimlərinin qiymətləri məlumdur. Bütün ölçülərdə ətək və şalvarların qiyməti 25 manat, uzunqol və qısaqol köynəklərin qiyməti isə 14 manatdır. Valideynlər hələ ki, BTE-nin satış mağazalarına yaxınlaşaraq məktəbli formalarının nümunələrindən əldə edə bilərlər. Sonrakı günlərdə isə məktəbli formaları digər ünvanlarda satışa çıxarılacaq.
2022-ci il martında Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib.
Təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməsi üçün geyim formaları təbii və keyfiyyətli parçalardan tikilməlidir.
Şagirdlər üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və "məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində məktəbin emblemi də əks oluna bilər.

Aytac
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox