• $
  • €
  • ₽
  • ₺
  • £

WUF13 çərçivəsində 400-dən çox tədbir keçirilib

WUF13 çərçivəsində 400-dən çox tədbir keçirilib
22.05.2026 16:03

WUF13 çərçivəsində 400-dən çox tədbir təşkil edilib, əsas sessiyalarda 125 ölkədən 400-dən çox məruzəçi çıxış edib.
Bunu WUF13-ün Milli Koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, forumun proqramı qlobal şəhər problemlərinin müzakirəsinə həsr olunub və dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, qiymətləndirmələr və paralel tədbirləri əhatə edib.

Quliyev bildirib ki, WUF13-ün əsas xüsusiyyətlərindən biri onun inklüziv xarakteri olub. Forum müxtəlif qrupları və maraqlı tərəfləri bir araya gətirərək şəhərlərin və icmaların gələcəyi ilə bağlı müzakirələr üçün platforma yaradıb.

Onun sözlərinə görə, forum tarixində ilk dəfə QHT Forumu keçirilib. Tədbirdə 100-dən çox ölkədən təxminən 800 iştirakçı qatılıb. QHT Forumu çərçivəsində dayanıqlılıq və qlobal əməkdaşlığa dair Bakı Bəyannaməsi qəbul edilib.

Quliyev qeyd edib ki, WUF13-də təqdim olunan yeniliklərdən biri Biznes İnnovasiya Mərkəzinin yaradılması olub. Platforma startaplar, özəl sektor, investorlar, innovatorlar, dövlət qurumları və inkişaf tərəfdaşları arasında əməkdaşlıq üçün imkan yaradıb.
Forum ümumilikdə 34 min kvadratmetrdən çox ərazini əhatə edib, sərgi sahəsi isə 10 min kvadratmetrdən artıq olub. Sərgidə 81 ölkədən 50-dən çox təşkilat 122 stendlə təmsil olunub.

Azərbaycan pavilyonunda COP29, Bakı 2040 Baş Planı, Böyük Qayıdış Proqramı, ağıllı şəhər və kəndlər, dayanıqlı şəhərsalma və digər istiqamətlər təqdim edilib. Pavilyonda 70-ə yaxın tədbir keçirilib və bu tədbirlərdə 6 minə yaxın yerli və xarici iştirakçı iştirak edib.

Quliyev xatırladıb ki, 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri forum iştirakçılarının diqqət mərkəzində olub.
WUF13 çərçivəsində 70-dən çox tərəfdaş tədbiri təşkil olunub, müxtəlif formatlarda 150 mindən çox insan proseslərə cəlb edilib.

Forumu işıqlandırmaq üçün 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi qeydiyyatdan keçib.

Quliyevin sözlərinə görə, forumun mühüm nəticələrindən biri Bakı Prinsiplərinin tətbiqinə dair Niyyət Məktubunun imzalanması olub.

“WUF13 göstərdi ki, XXI əsrdə şəhərlərin dayanıqlılığı və rəqabətqabiliyyətliliyi yalnız güclü beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət sayəsində təmin oluna bilər”, - Quliyev bildirib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol