Bolqarıstan Kiyevdəki səfirliyinin işini bərpa edib
Bolqarıstanın Kiyevdəki səfirliyi sentyabrın 12-də işini bərpa edib, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
"Sentyabrın 12-dən Kiyevdəki səfirliyin işini bərpa etməsi Bolqarıstanın Ukraynaya güclü dəstəyinin növbəti göstəricisidir. Ukraynaya, o cümlədən ölkənin müharibədən qaçan vətəndaşlarına hər cür yardımı davam etdirən ölkəmiz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, o cümlədən ərazi sularında müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər