Paşinyan və İranın Prezidenti arasında telefon danışığı olub
Baş nazir Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə "Armenpress”ə xəbər verir ki, Ermənistanın hökumət başçısı İbrahim Rəisini sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb.
İbrahim Rəisi qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir və İran hadisələri diqqətlə izləyir.
İran prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir.
İran prezidenti İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin sözlərini xatırladıb ki, ona görə İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməli, rabitə kanalları dövlətlərin suverenliyi altında olmalıdır.
İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox