Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

2022 ci ilin yanvar-avqustunda Azərbaycanda əsas kapitala 9 117 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,1 faizi azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar 22,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 5 306,3 milyon manatı və yaxud 58,2 faizi məhsul istehsalı sahələrinə, 3 292 milyon manatı və yaxud 36,1 faizi xidmət sahələrinə, 518,7 milyon manatı və yaxud 5,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
8 aylıq investisiya qoyuluşunun 6 843,3 milyon manatını və yaxud 75,1 faizini daxili vəsaitlər təşkil edib, 6 642,6 milyon manatı və yaxud 72,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitlər 51 %, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faizi paya malik olub.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 76,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 %, elektrik avadanlıqlarının istehsalı 50,1 %, mebel istehsalı 49,8 %, geyim istehsalı 47,3 %, maşın və avadanlıqların istehsalı 38,5 %, hazır metal məmulatlarının istehsalı 35,9 %, poliqrafiya məhsullarının istehsalı 27,3 %, kompüter, elektron və optik məhsulların istehsalı 25,9 %, tikinti materiallarının istehsalı 21,7 %, kağız və karton istehsalı 18,9 %, qida məhsullarının istehsalı 13,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 12,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5 %, kimya sənayesi məhsullarının istehsalı 7,1 %, tütün məmulatlarının istehsalı 2,4 % artıb, içkilərin istehsalı 6,1 %, neft məhsullarının istehsalı 10,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 % artıb.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox 