• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Yunanıstanın energetika naziri Azərbaycana səfər edəcək

Yunanıstanın energetika naziri Azərbaycana səfər edəcək
13.09.2022 14:11
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas yaxın günlərdə Azərbaycana səfər edəcək. Bu barədə  Yunanıstan mətbuatı yazıb.

Məlumata görə, Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır.

Səfər zamanı Skrekasın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla və Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) görüşləri nəzərdə tutulub.

Yunanıstan enerji sektorunda Azərbaycanla sıx əməkdaşlıq edir və ölkə öz tələbatının 20 %-ni Azərbaycandan nəql edilən qazla təmin edən Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) istifadə edir.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.(report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol