Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 nəfər yoluxub, 484 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.
Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 153 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 664 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 539, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 780, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 875 482, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 372 127, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 558 nəfər təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 