Yunanıstanın energetika naziri Azərbaycana gəlir - GÖZLƏNTİLƏR

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas yaxın günlərdə Azərbaycana səfər edəcək. Bu barədə Yunanıstan mətbuatı yazıb.
Bəs görəsən səfər gedişində nə kimi məsələlər müzakirə olunacaq?
BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin sözlərinə görə, Avropada hazırda Ukrayna Rusiya müharibəsi nəticəsində enerji böhranı yaranıb. Ona görə də Yunanıstanla Azərbaycan arasında yenidən enerji əməkdaşlığı yarana bilər.
"Yunanıstan Avropada baş verən müharibəni nəzərə alaraq, digər ölkələrlə əməkdaşlığa can atır. Azərbaycan Yunanıstan vasitəsilə təbii qazı Avropa ölkələrinə göndəririr. Həmçinin Yunanıstana qaz satır. Nazirin gəlmə səbəblərindən biri də Avropa ölkələrinin Azərbaycandan daha çox təbii qaz almaq istəməsidir. Bolqarıstan, Yunanıstan və digər ölkələrin Azərbaycana maraqları çoxdur. Yunanıstan öz enerji tələbatını təmin etmək üçün Azərbaycandan istifadə etmək istəyir", - Hacıyev bildirib.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın fikrincə, Yunanıntan naziri rəsmi Bakıdan əlavə qaz həcmləri istəyə bilər. Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır.
"Yunanıstanla Azərbaycan arasında ancaq enerji sahəsində qazın alqı-satqı müqaviləsi mümkündür. Əsas qazın nəqli İtaliyaya və Bolqarıstana Yunanıstan üzərindən gedir. Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır. TAP-ın genişləndiyi dönəmdə bu mümkündür. Çünki 2020-ci lin dekabrından Azərbaycan qazı Avropaya çatdırılmağa başlayıb. O zamandan Yunanıstan Azərbaycana ciddi bir tərəfdaş kimi baxır", - İlham Şaban bildirib.
Yunanıstan enerji sektorunda Azərbaycanla sıx əməkdaşlıq edir və ölkə öz tələbatının 20 faizini Azərbaycandan nəql edilən qaz hesabına təmin edir. Qaz Yunanıstana Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsiləçatdırılır.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox 