Azərbaycanla Ermənistan arasında irəliləyiş boşa getməməlidir - ATƏT sədri
Azərbaycan və Ermənistan arasında indiyədək diplomatik kanallar vasitəsilə əldə edilmiş irəliləyiş boşa getməməlidir, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.
"Son bir il yarım ərzində sülh müqaviləsi üzərində işin davam etdirilməsi baxımından irəliləyiş əldə olunub. Amma bu cür hallar əldə edilmiş tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insanların həyatını riskə atır”, - o bildirib.
Öz növbəsində, ATƏT-in Baş katibi Helqa Mariya Şmidt qeyd edib ki, ATƏT çoxillik təcrübəsinə əsaslanaraq yardım göstərməyə hazırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox