Ermənistan-Azərbaycan sərhədində döyüşlər yenidən başladı
Ermənistan Müdafiə Nazirliyi hərbi əməliyyatların bərpa olunduğunu açıqlayıb.
Sentyabrın
13-nə keçən gecə Azərbaycan və Ermənistan sərhədində yenidən toqquşmalar
başlayıb. İrəvan cənub-şərq sərhədini atəşə tutmaqda günahandırdı, Bakı qonşusunu artilleriyadan istifadə etməkdə ittiham etdi. Ermənistan KTMT-yə
müraciət edib. Bu barədə RBC.ru məlumat yayıb.
Ermənistan tərəfin məlumatına görə, Cermuk və Verin
Şorji istiqamətində gərginlik müşahidə olunur. Artilleriya, minaatan, hücum pilotsuz təyyarələrdən istifadə edilir. Azərbaycan Müdafiə Nazirliyi bunu təsdiqləmir.
Bu ərəfədə tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşkəs sazişi imzalayıblar.
Yerevanda Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Ermənistan parlamentinin binası yaxınlığında toplaşıb. Polis binanı artıq mühasirəyə alıb.
Ermənistan
Müdafiə Nazirliyi bəyan edib ki, sentyabrın 13-də gecə yarısından sonra Azərbaycan Silahlı Qüvvələri ölkənin cənub-şərqindəki sərhəd yaşayış məntəqələrini - Sotka,
Qoris və Cermuk ərazilərini atəşə tutmağa başlayıb. Paşinyan 49 hərbçinin ölməsi barədə məlumat verib və bu rəqəmin dəyişə biləcəyini vurğulayıb.
Azərbaycan
Müdafiə Nazirliyi Ermənistanın işğalı ilə bağlı xəbərləri absurd adlandıraraq,
eskalasiyanın İrəvanı və onun "davam edən hərbi avantürizm və revanşizm siyasətini”
günahlandırıb. "Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan
ordusu yerli cavab tədbirləri həyata keçirir və atəş nöqtələrini zərərsizləşdirir”,
- nazirlikdən bildirilib. Daha sonra respublikanın Xarici İşlər Nazirliyi də bəyanat
yayaraq, o, hərbçilər arasında itkilər və infrastruktura dəyən ziyan barədə məlumat
verib.
Azərbaycan tərəfi 50 hərbçini itirib.
Məhluqə Tağıyeva
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox