KTMT Bakıda ali hərbi məktəbdən məzun olmuş generalı Ermənistana göndərir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün qurumun baş katibi general-leytenant Stanislav Zasın başçılığı ilə işçi qrupunun göndərilməsi barədə sentyabrın 13-də qərar qəbul olunub.
General-leytenant Stanislav Zas 1 yanvar 2020-ci ildən etibarən KTMT-nin baş katibi vəzifəsini icra edir.
Stanislav Zas KTMT-yə Belarus tərəfindən göndərilib. Zas Belarus Təhlükəsizlik Şurasının dövlət katibi olub. 1964-cü ildə Ukraynda anadan olan Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandanlığı Məktəbini fərqlənmə diplomu ilə bitirib.
2018-ci ilin noyabrında Ermənistan hökuməti KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu geri çağırdığı üçün KTMT-nin baş katibinin Stanislav Zas olacağı elan edilib. Lakin, Ermənistanın kəskin etirazlarından sonra Zasın bu vəzifəyə təyinatı 2 il gecikib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər