Bayramov: Ermənistan silahlı birləşmələrini Azərbaycandan tam çıxarmalıdır
Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşündə deyib.
www.anews.az
Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirildiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.
XİN başçısı Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycan prezidenti ilə Azərbaycan-Ermənistan sərhədindəki durumu müzakirə edib.
O, sentyabrın 13-də Azərbaycana gəlib. Filip Riker Azərbaycana səfərindən öncə Ermənistan və Gürcüstanda olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox