• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Avqustda ölkədə elektrik enerjisi istehsalı 2,5 % artıb

Avqustda ölkədə elektrik enerjisi istehsalı 2,5 % artıb
14.09.2022 16:47
2022-ci ilin yanvar-avqustu üzrə elektrik enerjisinin ixracı 1 406,4 mln. kVt·st, idxalı isə 94,3 mln. kVt·st olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 milyon kVt·st, yaxud 2,5 faiz artması deməkdir. Bu barədə Energetika Nazirliyinin mətbuat xidməti  məlumat verib.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,9 milyon kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 372,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 222,4 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-avqustunda  respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 mln. kVt·st, yəni 2,6% artaraq 19 115,7 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 136,2 mln. kVt·st artaraq 17 560,3 mln. kVt·st, SES-lərdə 341,5 mln. kVt·st artaraq 1 308,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 11,1 mln. kVt·st artaraq 246,9 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 59,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 43,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 143,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

8 ayda elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 17 221,6 mln. kVt·st  (İES-lərdə 16 011,7 mln. kVt·st, SES-lərdə 1 209,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 mln. kVt·st (İES-lərdə 196,4 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 40,4 mln. kVt·st), "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,5 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə 1 526,7 mln. kVt·st təşkil edib.

Aytac



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol