Ermənistanın verdiyi itkilərin sayı artıb - Paşinyan
Erməni tərəfin Ermənistan -Azərbaycan sərhədində verdiyi itkilər 105 nəfər təşkil edib. Bu barədə parlamentdə çıxışı zamanı Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan həmçinin bildirib ki, fövqəladə vəziyyət elan etməyə ehtiyac görmür.
"Hərbi vəziyyətin tətbiqi ilə bağlı qərar masamın üstündədir, biz gündə bir neçə dəfə vəziyyəti qiymətləndiririk, amma hələ də tətbiq etməmişiksə, deməli, buna ehtiyac yoxdur”, - Paşinyan deyb.
Sentyabrın 12-dən Azərbaycan və Ermənistan arasında iki ölkənin sərhədində gərgnlik yaşanır. Azərbaycan 50 hərbiçisini itirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox