Azərbaycan 2023-cü il üçün ÜDM artımı proqnozunu azaldıb

Azərbaycanın 2023-cü il büdcə layihəsində neftin dəyəri 2022-ci ildə nəzərdə tutulan 85 dollar/bareldən 50 dollara kimi endirilib, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
2023-cü ildə büdcənin gəlirləri 2022-ci ildəki 29,19 milyard manatdan 32,94 milyard manata, xərcləri isə 32,30 milyard manatdan 37,88 milyard manata yüksəlib. Gələn ilin büdcə kəsiri bu il 3,10 milyard manatdan 4,94 milyard manata kimi artıb.
Azərbaycan Maliyyə Nazirliyi 2023-cü ildə ölkədə ÜDM-in artımını 2022-ci il üçün nəzərdə tutulan 3,2% əvəzinə 2,7% səviyyəsində proqnozlaşdırır. Gələn il üçün qeyri-neft ÜDM-in artım proqnozu 7,3%-dən 4,5%-ə kimi enib. Neft üzrə ÜDM artımı 2023-cü ildə 0,2% təşkil edəcək. 2022-ci ilin proqnozlarına görə, neft üzrə ÜDM-in 2,8% azalması gözlənilir.

Hökumət gələn il inflyasiyanı 2022-ci ilin sonunda gözlənilən 12,5%-dən 6,9%-ə endirməyi planlaşdırır.

Azərbaycanın 2023-cü il büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 5,32 milyard manat məbləğində nəzərdə tutulub ki, bu da 2022-ci il üçün təsdiq edilmiş proqnozdan 4,6 faiz çoxdur.

Azərbaycan 2020-ci ilin payızında qaytarılan Qarabağ ərazilərinin bərpası üçün 3 milyard manat ayırmağı planlaşdırır.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 